Maşın mühəndisliyi ixtisasında tələblərə uyğun fənlər tədris olunur - FOTO

Ölkə iqtisadiyyatının ağır sənayesi olan maşınqayırma sahəsinin əsas mütəxəssisləri maşın mühəndisləridir. Onlar təkcə minik və yük avtomobilləri deyil, eyni zamanda, gəmiqayırma, təyyarəqayırma, hərbi sənaye, eləcə də məişətdə istifadə olunan bütün maşınların layihələndirilməsi və istismarında birbaşa iştirak edirlər. Bu mənada maşın mühəndisliyi ixtisası üzrə yetişən kadrlara hər zaman ciddi ehtiyac var.
Bakı Mühəndislik Universitetində (BMU) mükəmməl mühəndislik təhsili, tələbələrin bu istiqamətdə zəruri bilik və bacarıqlar qazanmaları üçün hər cür şərait mövcuddur.
Universitetdən Avtosfer.az-a bildirilib ki, tələbələr tədris prosesində yiyələndikləri bilikləri universitetin Mexanika mühəndisliyi laboratoriyalarında təcrübə əsasında möhkəmlətmək imkanına malikdirlər. Kompüter proqramları ilə təchiz olunmuş ən müasir avadanlıqlardan ibarət mühəndislik laboratoriyaları tədqiqatlar aparmaqla texniki nailiyyətlərin mənimsənilməsinə kömək edir.
BMU-nun maşın mühəndisliyi ixtisasında təhsil alan tələbələrə müəssisələrin tələblərinə uyğun fənlər tədris olunur.
Bu ixtisasın üstünlüyü ondan ibarətdir ki, dərslər istehsalatla birbaşa əlaqəlidir, müəssisələrdə sıx praktiki məşğələlər keçirilir, dördüncü kursun sonunda isə tələbələr artıq iş təklifləri almağa başlayırlar.
Bundan başqa, BMU-nun Mühəndislik fakültəsinin tələbələri ölkəmizdə və xaricdə keçirilən bilik marafonlarında, xüsusilə TEKNOFEST yarışmalarında iştirak edərək qalib olur və bunun nəticəsi kimi maşın mühəndisliyi ixtisasının məzunları həm xaricdə, həm ölkədə istehsalat sahəsində özlərinə çox rahat şəkildə yer tapa bilirlər.

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











