Mask yeni robotunun yumurta ilə mükəmməl davranışını nümayiş etdirdi - VİDEO

Amerikalı milyarder İlon Mask insanlara kömək etmək üçün müxtəlif tapşırıqları yerinə yetirə biləcək humanoid (insanabənzər) robotunun növbəti nəsli - “Optimus Gen 2”ni təqdim edib.
Robotun yeni versiyası “Tesla” tərəfindən hazırlanmış sensorlarla təchiz edilib. O, əvvəlki versiyasından 30% daha sürətli yeriyə bilir, həmçinin çəkisi 10 kq-a yaxın azalıb.
İnsanabənzər robotun ən çətin hissələrindən biri də qollardır. Onlar ağır yükləri daşımaq üçün kifayət qədər güclü, eyni zamanda kövrək obyektləri idarə etmək üçün kifayət qədər dəqiq olmalıdırlar. “Optimus Gen 2”nin də bütün barmaqları taktil (toxunma) hissinə malikdir. Bunu kadrlarda humanoidin yumurta ilə bağlı hərəkətlərində görmək olur.
“Tesla” şirkəti yaxın vaxtlarda robotu öz istehsalat əməliyyatlarında istifadə etməyə başlamağı planlaşdırdığını bildirib. Faydalı olduğu sübut edildikdən sonra robotun satışına başlanması planlaşdırılır.
Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının əsas məqsədi ağır əşyaların daşınması və ya ərzaq alış-verişi kimi adi, yaxud da potensial təhlükəli işləri yerinə yetirməkdir.
oxu.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











