Mesajları gizlətmək üçün “WhatsApp” yeni funksiya təqdim etdi - FOTO

"WhatsApp" şəxsi yazışmaları parol və ya biometrik məlumatlarla qorumağa imkan verən "bağlanan söhbət" funksiyasını təqdim edib.
Yünilik barədə mesencerin rəsmi bloqunda məlumat verilir.
Funksiya dialoqları əsas ekrandan ayrıca qovluğa köçürməyə imkan verir. Onu açmaq üçün parol və ya barmaq izi kimi biometrik məlumatlar tələb olunur.
Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək.
Söhbəti bağlamaq üçün yazışmada həmsöhbətin və ya qrupun adının üzərinə vurmalı, sonra istənilən seçim edilməlidir.
Şəxsi söhbətləri ekranda görünən etmək üçün barmağınızı onun üzərində yavaş-yavaş sürüşdürməli, parol və ya biometrik məlumat daxil etməlisiniz.
"Biz düşünürük ki, bu funksiya hansısa səbəbdən telefonu sevdiyiniz insana və ya hər hansı digər şəxsə təhvil verdiyiniz, elə həmin anda çox şəxsi mesaj aldığınız hallarda faydalı olacaq", - deyə "WhatsApp" komandası bildirib.
Funksiya artıq bir sıra istifadəçilər üçün əlçatandır. (oxu.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO












