Məşhur analitik növbəti iPhone SE barəsində yeni məlumatlar verib

Ross Young adlı məşhur analitik Apple tərəfindən hazırlandığı güman olunan yeni iPhone SE smartfon modelinin texniki özəllikləri barəsində yeni hesabatını təqdim edib. Öz yeni hesabatında analitik növbəti iPhone SE ilə bağlı olan əvvəlki proqnozlarına dəyişiklik edib. Belə ki, onun sözlərinə əsasən növbəti iPhone SE modeli əvvəl düşünüldüyü kimi heç də kompakt ölçüyə sahib olmayacaq. Beləliklə Ross Young qeyd edib ki, növbəti iPhone SE modeli 6.1 düym IPS ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Lakin yeni iPhone SE-nin ekranı üzərində reallaşdırılacaq çıxıntı hissənin hansı formada olacağı barəsində məlumat yoxdur.
Heç istisna deyil ki, ekran üzərində çıxıntı hissənin forması əvvəlki iPhone modellərinin ekranlarında reallaşdırılmış çıxıntı hissənin formasında olsun. Bu halda smartfonun Face ID texnologiyasını əldə edib-etməyəcəyi də bilinmir. Son məlumatlara əsasən yeni iPhone SE modeli xarici görünüşcə iPhone XR-i xatırladacaq. Lakin bununla belə onun ekranı üzərindəki çıxıntı hissənin ölçüsü daha kiçik olacaq. Daha öncəki məlumatlarda qeyd edilmişdi ki, növbəti iPhone SE-də Face ID texnologiyası əvəzinə Touch ID texnologiyası reallaşdırılacaq. Bununla belə Touch ID-nin yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcəyi deyilirdi. Apple məhsulları barəsində proqnozları ilə məşhur olan analitik Ming-Chi Kuo da Touch ID texnologiyasının məhz yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcəyi barəsində məlumat vermişdi. Nəticədə bunun həqiqətən də belə olub-olmayacağını zaman göstərəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











