"Meta" ABŞ-ın eyniadlı bankının ticarət nişanını - 60 MLN. DOLLARA ALIB

"Meta Platforms" şirkəti ("Facebook" sosial şəbəkəsinin sahibi) ABŞ-ın eyniadlı bankının ("MetaBank") ticarət nişanını 60 mln. dollara alıb.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, "Meta Financial Group"un ("MetaBank"ın ana şirkəti) nümayəndəsi bildirib ki, sövdələşmə "Meta Platforms" adından Delaver ştatında yerləşən "Beige Key" tərəfindən həyata keçirilib. "Beige Key"in kimə məxsus olduğu açıqlanmır.
""Beige Key" bizimlə əlaqəli şirkətdir və biz həqiqətən bu ticarət nişanı adı altında aktivlər əldə etmişik", - deyə "Meta Platforms"un nümayəndəsi bildirib. "MetaBank"ın rəsmisi isə "Reuters"ə "Meta Platforms"un sövdələşmədə iştirakını təsdiqləyib.
"Meta Platforms"un nümayəndələrinin sözlərinə görə, şirkət hələ "Facebook"un adının dəyişdirilməsi ilə bağlı açıqlama verilməmişdən əvvəl bankla danışıqlar aparıb.
Xatırladaq ki, bu ilin oktyabr ayında ABŞ-ın "Facebook" şirkəti adını "Meta"ya dəyişib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












