Metropoliten üçün alüminium vaqonlar, yoxsa 70-ci illərə qayıdış

Rusiyada metropoliten üçün alüminium karkaslı vaqonların layihələndirilməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, layihənin əsas iştirakçısı qlobal alüminium istehsalçısı Rusal şirkətidir.
Plana görə vaqonların əksər xarici detalları alüminium və onun ərintilərindən hazırlanmalıdır. Bunun nəticəsində hər vaqon azı 2 ton yüngülləşəcək, enerji sərfiyyatı və relslərin aşınması azalacaq.
Alüminium vaqonların istismar müddətinin 45 il, yəni indiki vaqonlardan 10 il çox olması nəzərdə tutulur. Ən əsası isə, bu texnika istismardan sonra tam utilizasiya oluna biləcək.
Əslində bu məsələ Rusiya üçün yenilik deyil. Keçmiş SSRİ-də 1973-1985-ci illərdə təxminən bir neçə belə qatar (İ seriyası) hazırlanıb istismara buraxılmışdı. Layihə özünü doğrultsa da, 2 səbəbdən istehsala tətbiq etmək mümkün olmadı: 1. Texnoloji imkanlar məhdud idi (bunun üçün vakum qaynağı tələb edilirdi). 2. Yanğın təhlükəsizliyi problemi vardı.
Bu dəfə isə qaynaq əvəzinə xüsusi yapışqan və pərçimdən istifadə nəzərdə tutulur. Rusal şirkətinin məqsədi daxili bazarda alüminiuma tələbatı yüksəltməkdir.
Layihə uğurlu alınarsa vaqonların MDB ölkələrinə də satılması istisna edilmir. Çünki keçmiş sovet məkanında bütün metropolitenlər Moskva sistemi əsasında qurulub.
Vüqar
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











