Mexanizatorlar sertifikat alıb - FOTO

2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlər davam etdirilir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, indiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC və “New Holland” şirkəti tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı innovativ taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilib və bu gün yekunlaşıb.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan yeni nəsil bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmət göstərməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edib. Təlimin sonunda imtahanlardan uğurla keçmiş 35 mexanizatora sertifikatlar təqdim edilib.
Təlimlər “New Holland” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO














