Mexanizatorlar üçün təlimlərə start verilir

“Aqroservis” ASC tərəfindən taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə başlanılır. Təlimlər Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, müasir kombaynların idarə olunması ilə bağlı təşkil olunan təlimlər may ayına kimi davam edəcək. Təlimlərə, ümumilikdə, 160 mexanizator cəlb olunacaq.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək, mexanizatorların kombaynların düzgün idarə edilməsi, texnikalara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim olunur.
Sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanmayacaq.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











