"Microsoft" bu proqramı silir - Yeni versiyalarda olmayacaq

“The Verge” xəbər verir ki, Microsoft növbəti “Windows 11” yeniləməsində WordPad mətn redaktorunu siləcək.
WordPad artıq yenilənmir və “Windows”un gələcək versiyasında silinəcək. Korporasiya qeyd edib ki, müxtəlif formatlı mətn sənədlərinin daha təkmil Microsoft Word redaktorunda və ya əməliyyat sistemində quraşdırılmış Notepad-da açılması tövsiyə olunur.
WordPad proqramı Microsoft əməliyyat sistemlərində təxminən 30 il əvvəl peyda olub, mətn redaktoru ilk dəfə Windows 95-də diqqət çəkib. Jurnalistlərin fikrincə, şirkət proqrama nadir hallarda yeni funksiyalar əlavə edib - məsələn, sonuncu dəfə WordPad “Windows 7”nin buraxılışı ilə yenilənib.
Həmçinin nəşrin müəllifləri daxili redaktorun kifayət qədər məhdud olduğunu və “istifadəçilərin diqqətini cəlb etmədiyini” vurğulayıblar. Materialda deyilir ki, WordPad, çox güman ki, yalnız ƏS-in hazırkı versiyasında qalacaq. 2024-cü ildə buraxılacaq “Windows 12”də köhnəlmiş proqram artıq olmayacaq. (lent.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











