“Microsoft Edge” brauzerində uşaq rejimi əlçatan olub

“Microsoft” korporasiyası tərəfindən “Edge” brauzeri üçün təqdim edilmiş yeni uşaq rejiminin sayəsində uşaqlar internetdən təhlükəsiz şəkildə istifadə edə bilərlər.
Ödənişsiz olan yeni seçim “Microsoft Edge” brauzerinə quraşdırılıb. Bu rejim aktivləşdirildikdə uşaqlar yalnız valideynlər tərəfindən təsdiqlənmiş sayt və ya o resurslara daxil ola biləcəklər. Bu resurslar uşağın yaşından asılı olaraq tənzimlənə bilər. İndi “Edge” brauzerində iki variant əlçatandır: 5-8 yaş və 9-12 yaş. İkinci variantda brauzer uşaqlar üçün heyvanlar, elm və əyləncəli faktlar kimi mövzularda daha maraqlı məqalə və xəbərlər təqdim edir.
Valideynlər brauzerin pəncərəsinin sağ yuxarı küncündə profilin xüsusi ikonkasına sıxaraq uşaq rejimini seçə bilərlər. “Kids Mode” rejimi, həmçinin proqramın interfeysini dəyişdirərək onu daha parlaq edir. Uşaqlar rejimi təsadüfən dəyişdirə bilməyəcəklər, çünki bunun üçün valideynlərə məxsus hesab məlumatlarını daxil etmək lazımdır./“ICTnews”
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










