“Microsoft” “Internet Explorer” brauzerinə dəstəyi dayandıracaq

ABŞ-ın “Microsoft Corp” korporasiyası 15 iyun 2022-ci il tarixinədək “Internet Explorer” brauzerinə dəstəyini tamamilə dayandıracaq.
Şirkətin press-relizində deyilir ki, “Edge” brauzerinə quraşdırılmış "IE rejimi" köhnəlmiş veb-sayt və proqramlara giriş əldə etməyə imkan verəcək.
“Microsoft”dan bildirilib ki, bütün axtarış tarixçəsinin məlumatlarını və şifrləri “Internet Explorer”dən “Edge”yə bir neçə kliklə daşımaq mümkündür. Şirkət “Internet Explorer” brauzeri əsasında işləyən biznes sahələri üçün bu keçidi etməyə kömək edəcək göstərişlər siyahısı hazırlayıb.
Korporasiya “Internet Explorer”dən imtinanın səbəblərindən biri kimi istifadəçilərin məlumatlarının qorunmasını göstərib. “Edge” brauzeri “Microsoft Defender SmartScreen” həllinin köməyilə fişinq hücumlar və zərərli proqramlara qarşı qoruma təklif edir. Bundan başqa, “Password Monitor” funksiyası istifadəçilərin məxfi məlumatlarında sızmanı izləməyə kömək edir.
ABŞ-ın “Microsoft” korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Mənzil-qərargahı Redmondda yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











