Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qalıb. Bununla yanaşı şirkət bildirib ki, yeni əməliyyat sisteminin istifadəyə verildiyi vaxtda o, əvvəlcədən qeyd edilmiş bütün funksiyalara sahib olmayacaq. Əməliyyat sisteminin istifadəyə verilməsi mərhələli şəkildə reallaşdırılacaq və bunun üçün çox zaman lazım olacaq. Beləliklə Windows 11 5 oktyabr tarixindən başlayaraq istifadəyə veriləcək. Windows 10 ilə çalışan və Windows 11-i əldə etmək üçün lazımi texniki özəlliklərə sahib olan kompüterlər həmin tarixdə yeni əməliyyat sistemini əldə edə biləcəklər.
Yenilənmə prosesi tamamilə pulsuz şəkildə reallaşdırılacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, qutudan Windows 11-ə sahib yeni noutbuklar da satışa çıxacaqlar. Microsoft bildirib ki, o, Windows 10-dan yaxşı dərs çıxardıb və buna görə də Windows 11-in sürətlə yayılmasını planlaşdırmır. Nəticədə yeni əməliyyat sisteminin yayılma prosesi tədricən baş verəcək.
"Windows 10-dan aldığımız dərslər sayəsində biz sizlərə ən yaxşı imkanları təqdim etdiyimizdən əmin olmaq istəyirik. Buna görə də Windows 11 ilk növbədə yeni cihazlarda istifadəyə veriləcək. Müəyyən müddətdən sonra isə yeni əməliyyat sistemi artıq mövcud olan cihazlar üçün də təqdim olunacaq" - deyə Microsoft qeyd edib. Şirkət ümid edir ki, Windows 11-in sistem tələblərinə uyğun olan cihazların hamısı 2022-ci ilin ortasına kimi yeni əməliyyat sistemini əldə edəcəklər. Bununla yanaşı şirkət bildirib ki, 5 oktyabr tarixində yeni əməliyyat sistemində Android tətbiqlərin dəstək funksiyasını gözləmək lazım deyil. Bu funksiya yalnız yaxın aylar ərzində Windows 11-in test versiyasında istifadəyə veriləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











