Microsoft”un antivirusunda 12 il mövcud olan boşluq aşkar edilib

"Windows" əməliyyat sisteminin bir neçə versiyasının tərkibinə daxil olan "Microsoft"un antivirusu ötən ilin sonunda kompüterləri kibertəhdidlərdən qorumaq üçün 10 ən yaxşı həllərdən biri olub. Ancaq indi uzun illər proqramın kodunda hakerlər üçün boşluq olduğu məlum olub. Boşluq aşkar edildikdən sonra proqramın tərtibatçıları bu barədə ətraflı məlumat dərc ediblər və artıq yüklənmə üçün əlçatan olan müvafiq düzəlişi təqdim ediblər.
Hələ 2020-ci ilin noyabrında "SentinelOne" şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluq "CVE-2021-24092" adlandırılıb. O, kibercinayətkarlar tərəfindən qurbanın kompüterinə həm fiziki, həm də uzaq məsafədən müdaxiləni nəzərdə tutan aşağı səviyyəli hücum həyata keçirmək məqsədilə istifadə edilə bilər. Mütəxəssislərin sözlərinə görə, bu boşluq yalnız "Microsoft Defender"i deyil, həm də "Microsoft Endpoint Protection", "Microsoft Security Essentials" və "Microsoft System Center Endpoint Protection" kimi təhlükəsizlik məhsullarını da əhatə edir.
"SentinelOne" şirkətinin hesabatına əsasən, bu boşluq 12 il aşkar edilməyib.
Fevralın 9-da çıxarılmış müvafiq təhlükəsizlik yeniləməsi avtomatik quraşdırılacaq./milli.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












