Milyarderin kosmosa səyahətindən ilk görüntülər - VİDEO - FOTO
Texnologiya
21 İyul 2021 13:10

“Amazon”un qurucusu və dünyanın ən varlı adamı Ceff Bezos 20 ildən çox gözlədiyi arzusunu reallaşdırıb. Belə ki, o, “Blue Origin” şirkəti tərəfindən inşa edilən “New Shepard” gəmisində kosmosa yollanıb.
Bu barədə TASS xəbər verib.
Kosmik gəmi Van-Horn şəhəri (Texas ştatı) yaxınlığındakı kosmodromdan şaquli olaraq 100 km yüksəkliyə qalxıb. Raket qurğusundan ayrılan kapsul Yerə paraşütlərlə enib. Daşıyıcı da şaquli eniş edib.
Uçuş təxminən 11 dəqiqə davam edib, sərnişinlər üç dəqiqə çəkisizlik hiss edə biliblər. Gəmi avtomatik rejimdə idarə olunub.
Sərnişinlər arasında milyarder Bezosdan əlavə, onun kiçik qardaşı Mark, 82 yaşlı Uolli Fank (keçmiş pilot) və 18 yaşlı hollandiyalı Oliver Demen də olub. Fank indiyə qədər kosmosda olan ən yaşlı, Demen isə ən gənc insandır.
Oxunub : 1000
DİGƏR XƏBƏRLƏR
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
9 Aprel 2026 13:11
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
8 Aprel 2026 14:41
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
17 Mart 2026 13:18
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
26 Yanvar 2026 08:00
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
23 Yanvar 2026 16:41
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
14 Yanvar 2026 21:27
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
14 Yanvar 2026 13:06
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
ŞƏRH YAZ










