Milyonlarla Android smartfonunda virus aşkarlanıb

On milyonlarla Android telefonlarında virus aşkarlanıb.
Bu barədə “BleepingComputer” nəşri məlumat yayıb.
Məlumata görə, “Goldoson” adlı bu virus quraşdırılmış proqramlar, Wi-Fi və Bluetooth bağlantıları haqqında məlumat toplaya, istifadəçinin hərəkətlərini də izləyə bilir.
Bu virusun “Google Play”də mövcud olan populyar proqramlarda da tapıldığı bildirilir. Bu proqramlar milyonlar tərəfindən yüklənib.
Virusa yoluxmuş proqramlar arasında L.PAY ilə L.POINT, Swipe Brick Breaker və Money Manager Expense & Budget var. Onların hər biri 10 milyon, GOM Player, LIVE Score, Real-Time Score və Pikicast kimi proqramlar isə hər biri beş milyon yüklənib.
Ümumilikdə proqramlar 100 milyona yaxın yükləmə alıb. Bu da virusun on milyonlarla telefonlarda olduğunu göstərir.
Bildirilir ki, həmin proqramlar “Google Play”dən silinib. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











