Reklam

Milyonlarla istifadəçinin məlumatları oğurlanıb

Texnologiya 10 İyun 2021 21:37 Oxunub 1428
Milyonlarla istifadəçinin məlumatları oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllardan, brauzerlərdki autocomplete məlumatlardan və hətta ödəniş məlumatlarından ibarət böyük ölçülü məlumatlar bazasını aşkar ediblər. Maraqlısı ondadır ki, bütün bu məlumatlar bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb və onun hansı zərərli proqram təminatı olduğu hələ təyin edilməyib.

Ortaya çıxmış məlumatlar bazasının ümumi həcmi 1.2 TB (terabayt) təşkil edir. Sözügedən məlumatlar bazasının daxilində 26 milyon istifadəçi hesabı, 1.1 milyon elektron poçt ünvanı, 2 milyarddan çox cookies məlumatlar və 6.6 milyon digər fayllar mövcuddur.

Bu məlumat sızıntısı barədə xəbəri NordLocker şirkətinin mütəxəssisləri veriblər. Aşkar edilmiş məlumatlar bazasının analizi onu göstərib ki, ayrı-ayrı hallarda istifadəçilər öz şifrələrini Notebook sistem tətbiqi vasitəsilə yaradılmış fayllarda sadə mətn şəklində saxlayıblar. Bundan əlavə olaraq mütəxəssislər bu məlumatlar bazasında milyondan çox foto və 650.000-dən çox Word və PDF formatlı sənəd aşkar ediblər. Bütün bu məlumatları oğurlamış zərərli proqram təminatı screenshot və veb kamera vasitəsilə fotolar da çəkə bilirmiş.

Həmçinin məlum olub ki, məlumatlar bazasına daxil edilmiş məlumatların bir hissəsi messencerlərdən, elektron poçt servislərindən, fayl mübadiləsi tətbiqlərindən və s. kimi mənbələrdən əlavə edilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, aşkar edilmiş məlumatlar 2018-2020-ci illər arasındakı müddətdə oğurlanıblar. 3 milyona yaxın istifadəçi bu hadisənin qurbanına çevrilib. NordLocker şirkətinin mütəxəssisləri düşünürlər ki, bu hadisənin arxasında darkweb-də satılan zərərli proqram təminatı dayanır. Buna baxmayaraq mütəxəssislər sözügedən zərərli proqram təminatının növünü və hətta onun hansı sinif zərərli proqram təminatına aid olduğunu təyin edə bilməyiblər./technoet

ŞƏRH YAZ
Ad

E-mail

Şərh