Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb

“Android” əməliyyat sistemi üçün nəzərdə tutulan pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.
Report “Kommersant”a istinadən xəbər verir ki, söhbət əsas auditoriyası internet-resursların əngəlinin mütəmadi olduğu Rusiya, Çin və Yaxın Şərq dövlətləri olan “Super VPN”, “Gecko VPN” və “Chat VPN” proqramlarından gedir.
Bildirilib ki, informasiya bazasında e-poçt ünvanları, login və şifrələr, habelə premium hesablar üçün ödənişlər barədə məlumatlar var. Bəzi hallarda cihazlar haqqında da məlumat mövcuddur – onların modeli və seriya nömrələri.
Mütəxəssislərin fikrincə, bu məlumatlar fişinq göndərişləri, habelə istifadəçinin veb-sessiyalarının məlumatlarını ələ keçirmək və şəbəkə üzərindən onlara ötürülmüş parolları və bank kartı məlumatlarını oğurlamaq üçün istifadə edilə bilər.
Xatırladaq ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edilirdi. Həmin ərəfədə ölkədə məhdudiyyətdən yayınmaq üçün minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarına üz tutub.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












