Mobil dataya qənaət edə bilərsiniz - YOLLARI
İnternet paketinin tez bitməsinin səbəblərindən biri də smartfonun həddən artıq data istifadə etməsidir. Mobil datadan istifadəni azaltmağın isə bir sıra üsulları var.
TED.az xəbər verir ki, bu vasitələrdən biri də Google Chrome-dur. Chrome-un data saxlama vasitəsi mövcuddur. Bunun üçün ardıcıl olaraq "parametrlər", "data sərfiyyatı", "data sərfiyyatını istifadə et" bölmələrini seçmək lazımdır.
VPN abunəliyi və Wi-fi-dan istifadə də mobil dataya qənaət edir.
Telefondan istifadə edərkən arxa planda bir sıra funksiyalar aktiv halda qalır. Məsələn, smartfon Google Play və Apple-ın App Store yeniləmələrini yoxlayır, e-poçt tətbiqi yeni e-poçtlar barədə məlumat verir, müxtəlif sosial şəbəkə tətbiqləri telefona yenilənmə, bildiriş göndərir. Bütün bunlar mobil data istifadənizə təsir göstərir. Bu prosesdə iştirak edən bəzi tətbiqləri şəbəkə xarici saxlamaq mümkündür. Bunun üçün ardıcıl olaraq "parametrlər", "tətbiq və bildirişlər" bölmələrinə daxil olmaq, bildirişlər panelini bağlamaq lazımdır.
Bulud texnologiyaları ilə çalışan tətbiqlərin yalnız Wi-fi-dan istifadəsini təmin etmək də mobil data qənaət edir.
Yüksək keyfiyyətli (HD) video mobil məlumatların əsas istehlakçısıdır. Bir saatlıq HD görüntü 2 GB mobil məlumat sərf edir. Ümumiyyətlə, mobil datalar HD-dən (1080p) yuxarı hər hansı keyfiyyət üçün uyğun deyil. Ancaq 5G-nin gəlməsi ilə bunun dəyişəcəyi gözlənilir.
Hazırda müasir mobil cihazların əksəriyyəti 4G və 5G məlumatlarını dəstəkləyir. Amma bu, mobil datanın daha sürətlə bitməsi deməkdir. Mobil data istifadəsini azaltmağın bir yolu da internet sürətini 3G-yə endirməkdir.
Android cihazda 3G-ni təmin etmək üçün öncə "Parametrlər", "Şəbəkə və İnternet" menyularına, "Mobil şəbəkə" bölməsinə daxil olmaq, "3G şəbəkəsi"ni seçmək lazımdır.
iOS cihazlarda isə ardıcıl olaraq "Parametrlər", "Mobil Məlumat", "Mobil Məlumat Seçimləri", "Səs və Data", "3G" bölmələrini seçmək kifayətdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











