Reklam

Mobil rabitə olmayanda texniki yardım belə təşkil edilirdi – bizdə yox - FOTO

Texnologiya 13 Fevral 2023 22:34 Oxunub 1482
Mobil rabitə olmayanda texniki yardım belə təşkil edilirdi  – bizdə yox   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1984-cü ilə aid bu foto Litva SSR-də çəkilib.
Avtosfer.az-ın xəbərinə görə “Za Rulyom” jurnalında yayılan fotoda Litvada qəza rabitəsi sistemindən söz açılır. Müəllif bildirir ki, Vilnüs-Kaunas magistralında hər 3 kilometrdən bir belə kolonlar quraşdırılıb. Bu kolonlarda telefon montaj edilib. Akkumulyatorla qidalanan bu telefonlar radiorele vasitəsi ilə siqnalı 20-30 km radiusa ötürür (bir növ mobil rabitənin primitiv variantı).  
Sürücü və ya sərnişin hansısa qəza və ya nasazlıq vaxtı bu telefon vasitəsi ilə milis, yanğınsöndürən və təcili yardımla əlaqə saxlaya bilirdi. 
Jurnal qeyd edir ki, yaxın illərdə Litvada 700 km magistralda bu cür rabitə sistemi qurulacaq. 
Bura qədər hər şey aydındır. Lakin foto başqa mətləblərdən də xəbər verir. 
Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili olsa da, yol işarələrinin hamısı rus dilində idi. Litvada isə yol işarəsi ikidillidir. Böyük şriftlə yerli dildə, aşağıda kiçik şriftdə isə “böyük qardaş”ın dilində.   
Bəs bizdə belə bir sistem vardımı? Təəssüf ki yox. İstər avtomobil sayına, istərsə də yolların keyfiyyətinə görə Azərbaycan SSR təəssüf ki, Baltikyanı respublikalardan çox geridə idi. 
PS. İndi mobil rabitə inkişaf etdiyi üçün belə sistemə zərurət qalmayıb. Amma 20-ci əsrdə bu, inqilabi xarakteri infrastruktur layihəsi idi.

Vüqar 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh