Müdafiə sənayesində kvant texnologiyasından istifadə olunacaq

Türkiyənin müdafiə sənayesində kvant texnologiyasından istifadə olunacaq.
“Report” “Hüriyyet”ə istinadən xəbər verir ki, bu barədə Özyurt Silah Sənayesi Şirkətinin İdarə Heyətinin sədri Serdar Özyurt deyib.
O bildirib ki, qarşıdakı on il ərzində ölkədə kvant texnologiyaları on milyard dollarlıq bazara çatacaq:
“Kvant texnologiyaları ilə müdafiə sənayesində döyüş sursatlarının zərbə həssaslığının artırılması, düşmənin məsafədən aşkar edilərək onun rabitəsinə daxil olması, düşmənin məlumat toplamasının qarşısının alınması, radarların effektivliyinin artırılması, komandanlıq, idarəetmə, rabitə və kəşfiyyat imkanlarının artırılması, situasiya şüurunun artırılması mümkün olacaq. Gələcəyin orduları kvant orduları olacaq. Bu, Türkiyə ordusunu daha da gücləndirəcək”.
Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesinin İcraiyyə Komitəsinin son iclasında bu məsələ xüsusi müzakirə olunub.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












