Mütəxəssis Yerə yaxınlaşan asteroiddən danışdı - NASA-nın xəbəri yalan çıxdı

Texnologiya 17 Noyabr 2021 18:45 Oxunub 714
Mütəxəssis Yerə yaxınlaşan asteroiddən danışdı - NASA-nın xəbəri yalan çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Yerə yaxınlaşan 2016 JG12 asteroidi ilə bağlı planet üçün heç bir təhlükə gözlənilmir.

Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Planetar Müdafiə Mərkəzinin baş direktoru Anatoli Zaitsev “Zvezda” telekanalına müsahibəsində bildirib.

Mütəxəssis əlavə edib ki, son bir il ərzində Yerin cazibə sferasında uçan 300-dən çox asteroid aşkar edilib. Yəni 1 milyon km radisuda (Aya olan məsafədən 2,5 dəfə çox) hər gün hansısa asteroid uçur. Kiçik, böyük, orta. Bu, adi bir fenomendir”.

Ekspert xatırladıb ki, sözügedən asteroid hələ 2016-cı ildə kəşf edilib və 5 ildən sonra o, artıq ikinci və ya üçüncü dəfə Yerə yaxınlaşır: “2016 JG12 potensial təhlükəli obyektlərin məlumat bazasına daxil edilməyib”.

Qeyd edək ki, noyabrın 16-da səhər saatlarında NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzi bildirmişdi ki, hazırda planetimizə potensial təhlükəli asteroid yaxınlaşır və o, noyabrın 20-də Yerə yaxınlaşacaq. 

Bildirilib ki, 2016 JG12 adlı kosmik obyekt 7,48 km/s sürətlə 5,5 milyon km məsafəyə uçacaq. Asteroidin diametri 83-190 m arasındadır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh