Reklam

NASA Ay bazasını 3D printer vasitəsilə inşa edə bilər

Texnologiya 2 Yanvar 2021 19:43 Oxunub 2056
NASA  Ay bazasını 3D printer vasitəsilə inşa edə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ayda bazanın yaradılması yolunda duran əsas problemlərdən biri də ora tikinti təchizatı ilə bloklarının göndərilməsidir. Bu məsələdə NASA-ya ICON şirkəti yardımçı ola bilər. Belə ki, bu şirkət Ayda olan yerli materiallar vasitəsilə binaların çap edilməsini planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib. ICON şirkəti Texas və Meksikada beton əsasında hazırlanmış lavakrit adlı qarışıqdan evlərin 3D çapı layihəsi ilə məşhurdur. Ay səthində olan qrunt materialı Yer kürəsindəki mühəndislərin bildikləri ənənəvi materiallardan fərqlənirlər.

Lakin meteorit qırıntılarını tikinti materialına çevirəcək yeni texnologiyanın hazırlanmasına artıq start verilib.
Project Olympus adlı bu layihə NASA və ICON tərəfindən reallaşdırılır. Layihənin indiki mərhələsində əsas məqsəd 3D printer üçün betona bənzər bərk qarışığın əldə olunmasıdır. Bu isə o deməkdir ki, gələcəkdə Ay bazasının inşa edilməsi üçün ağır konstruksiyaları bir neçə kosmik uçuş vasitəsilə Aya göndərmək lazım olmayacaq. Sadəcə olaraq Aya 3D printeri göndərmək kifayət edəcək. NASA təmsilçiləri qeyd ediblər ki, onlar ICON üçün əlavə maliyyələşdirmə ayırmağı planlaşdırırlar.

Lakin onlar Ay bazasının bu cür texnologiya ilə yaradılacağına əmin deyillər. Mütəxəssislər güman edirlər k, yeni 3D çap növlərinin yaradılması Yer kürəsində evlərə tələbat problemini aradan qaldıracaq. Belə ki, bu ilki statistikaya əsasən 1.6 milyard-dan çox insan yaşayış evinə ehtiyac duyur. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, tikinti sahəsində 3D printerlərin istifadə edilməsi tikinti xərclərini 60%, tikintiyə sərf olunan zamanı isə 80% aşağı salır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh