NASA kosmosda film çəkilişləri barədə açıqlama verdi

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) hələ kosmosda film çəkmək niyyətində deyil. Bu barədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) ABŞ proqramının rəhbəri Coel Montalbano bildirib.
“Elə özəl şirkətlər var ki, onların kosmosda görmək istədikləri işlərlə bağlı fikirləri var. Onlar bunu NASA-ya təqdim edib koordinasiya etməyə borcludurlar”, - deyə o, xəbərdarlıq edib.
“Hazırda film çəkilişi ilə bağlı raket buraxılışı nəzərdə tutulmayıb”, - deyə ABŞ BKS proqramının rəhbəri əlavə edib.
Qeyd edək ki, 2020-ci ilin may ayında NASA-nın ovaxtkı direktoru Ceyms Bridenstayn Hollivud aktyoru Tom Kruzun iştirakı ilə Daq Layman tərəfindən tərəfindən çəkilən filmin bir hissəsinin BKS-də olacağını açıqlamışdı. Mətbuatda həmçinin filmin yaradılmasında amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin iştirak etdiyini bildirib. Kruz və Laymanın 2021-ci ilin payızında “Crew Dragon” ilə BKS-ə getməsi gözlənilirdi.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












