Reklam

NASA-nın helikopteri Marsda yeni rekorda imza atdı - VİDEO

Texnologiya 5 Sentyabr 2023 13:18 Oxunub 598
NASA-nın helikopteri Marsda yeni rekorda imza atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tək Marsda deyil, ümumiyyətlə, bütün başqa planetlərdə ilk uçuş aparatı olan “Igneuity” 56-cı dəfə Qırmızı Planetin seyrək atmosferinə qalxıb.

Bu, NASA alimlərinin planlaşdırdıqlarından 10 dəfə çoxdur.

Budəfəki uçuşun məqsədi təkcə elmi olmayıb: Alimlər helikopterin yerini dəyişmək istəyiblər və buna nail olublar.

Uçuş zamanı “Ingenuity” 2,5 dəqiqə havada olub, 12 metr hündürlüyə qalxa bilib və eyni zamanda 410 metr məsafə qət edib. Bu rəqəmlər təqribən 2 kiloqramlıq kiçik uçuş aparatı üçün olduqca əhəmiyyətlidir.

 

Ümumiyyətlə, helikopter Marsda olduğu müddət ərzində (2021-ci ilin fevralından bəri 56 uçuş) 12 914 metr məsafə qət edə bilib. Havada ümumilikdə 100 dəqiqə olub.

Qeyd edək ki, “Ingenuity” helikopteri “Perseverance” roverilə birlikdə Marsa Yezero (“Jezero”) kraterinin dibinə uğurlu eniş edib. Alimlər uçuş aparatlarının Marsda uça biləcəyini nümayiş etdirmək istəyiblər, bunun üçün helikopter beş dəfə havaya qalxmalı idi. Bundan sonra “Ingenuity” missiyası uzadıldı və artıq 2,5 ildir ki, o, “Perseverance”a hərəkət üçün ən təhlükəsiz yolları tapmağa kömək edir. Rover qaya nümunələrini toplayır və müxtəlif tədqiqatlar aparır. Yerüstü aparatın məqsədlərindən biri milyardlarla il əvvəl maye su olan kraterdə yerdənkənar həyatın əlamətlərini axtarmaqdır.

Xatırladaq ki, “Perseverance” roveri Yezeroda səyahəti zamanı daim ətraf ərazinin şəkillərini çəkir. Aprel ayında NASA Marsın interaktiv xəritəsini istifadəyə verib. Xəritəni izləyərkən Qırmızı Planetin səthində indiyə qədər görünmüş ən qeyri-adi obyektlərin fotoları hər kəsdə marağa səbəb olub. Balıq, insan üzü, qadın siluetinə bənzəyən təsvirlər isə istifadəçiləri xüsusilə heyrətə gətirib və çoxsaylı müzakirəyə səbəb olub.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh