NASA-nın Mars aparatı ilə bağlı daha bir YENİLİK

NASA-nın Mars aparatı “Perseverance” ikinci ilində qaya nümunələrinin toplanmasına diqqət yetirəcək.
Avtosfer.az bildirir ki, Marsda 1 il ərzində öz sistemlərini və “İngenuity” helikopterinin sistemlərini sınaqdan keçirən “Perseverance” planetin şimal bölgəsindəki “Jezero” kraterinin döşəməsində 6 qaya nümunəsi toplayıb.
“Perseverance” ikinci ilinə qədəm qoyarkən onun əsas missiyası qaya nümunələrini toplamaq üçün krater cinahlarını və köhnə çay deltasını araşdırmaqdır.
Mars roverindən növbəti iki il ərzində mümkün qədər çox qaya nümunəsi toplamaq və onları 2028-ci ildə planetə enəcək “Marsa nümunə qayıdış” missiyasına ötürmək istənilir
“Perseverance” aşınmış krater divarlarına ən yaxşı marşrutu müəyyən etmək üçün “İngenuity”nin uçuşları ilə çəkilmiş şəkillərdən istifadə edəcək.
NASA-nın Kaliforniyadakı “Jet Propulsion” laboratoriyasında qurulan və plutonium yanacağı ilə işləyən “Perseverance” rover 30 iyul 2020-ci ildə buraxıldıqdan təxminən 7 ay sonra fevralın 18-də Marsa enib.
Marsa göndərilən vasitələr arasında ən qabaqcıl texnoloji xüsusiyyətlərə malik olan "Perseverance"ın “Qırmızı planet”dəki yeni missiyasının həyata keçirilməsi üçün infrastruktur işlərinə 2,4 milyard, enişi mümkün edən sistemə isə 300 milyon dollar maliyyə xərclənib.
ted.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











