NASA planetimizi mümkün meteorit fəlakətindən qorumaq üçün hərəkətə keçdi

NASA trayektoriyasını dəyişdirmək üçün asteroidə qəsdən çırpılma missiyasına başlayacaq. Bu, bəşər tarixində Günəş sisteminin “qravitasiya rəqsinə” müdaxilə etmək üçün ilk cəhd olacaq.
“Haber Global”məlumat verir ki, NASA “Double Asteroid Redirection Test” (DART) adlandırdığı bu missiya ilə Yerə çırpılan və planetin sonuna gətirib çıxara biləcək göy cisimlərindən necə müdafiə olunacağını sınaqdan keçirməyi planlaşdırır.
Çəkisi 610 kiloqram olan DART kosmik gəmisinin sabah Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX Falcon 9” raketi ilə buraxılması planlaşdırılır.
Əgər DART uğurlu olarsa, bəşəriyyət tarixdə ilk dəfə olaraq Günəş sistemindəki obyektin dinamikasını ölçüyə uyğun dəyişmiş olacaq.
“Didymos” sistemindəki “Dimorphos” asteroidini hədəf alacaq kosmik gəminin bu missiyanı 26 sentyabr - 1 oktyabr tarixləri arasında yerinə yetirməsi gözlənilir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












