Naxçıvanda 10 elektrik doldurucu stansiya quraşdırılacaq

Naxçıvanda ilkin mərhələdə 10 elektrik doldurucu stansiya quraşdırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə bildirib.
Nazir vurğulayıb ki, bu ilin 6 ayı ərzində muxtar respublikada əldə olunan enerjinin 61,1 faizi günəş elektrik stansiyaları və su elektrik stansiyaları vasitəsilə təmin olunub. Bu, ekoloji baxımdan səmərəli hesab edilir:
"Naxçıvanda ilkin mərhələdə elektromobillər üçün 10 elektrik doldurucu stansiyanın alınıb quraşdırılması nəzərdə tutulub. Bu prosesə özəl şirkətlər də cəlb olunacaq. 2025-ci ildə Naxçıvanda təbii fəlakət, dolu, daşqın, sürətli küləklər, leysan xarakterli yağıntılar haqqında 3 saat əvvəlcədən dəqiq məlumat verən “dopler” radar sistemi quraşdırılacaq. Bu il 2 ədəd aqrometeroloji stansiyanın alınaraq Ordubad və Kəngərli rayonlarında quraşdırılması nəzərdə tutulub".
X.Mustafayev bildirib ki, cari ildə muxtar respublikada 550 hektar ərazidə toxum və tinglər vasitəsilə meşəsalma və meşəbərpa tədbirləri nəzərdə tutulub. Yaz əkini mövsümündə artıq 431,6 hektarda (79 %) yaşıllaşdırma işləri görülüb.
Muxtar respublikanın 5 filiz yatağının istismarı üçün sərmayənin cəlb olunması planlaşdırılır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











