Naxçıvanda elektrik avtomobilləri ilə bağlı yenilik

Naxçıvan Muxtar Respublikasında elektrik avtomobilləri üçün doldurma stansiyaları quraşdırılacaq. Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Dövlət Nəqliyyat Xidməti hazırlıq işlərinə başlanılıb.
İlkin mərhələdə bu doldurma stansiyalarından 10 ədəd quraşdırılması planlaşdırılıb.
Stansiyaların 1000VDC-ə qədər geniş gərginlikli çıxışı, mikroavtobuslar, yük maşınları və e-avtobuslar da daxil olmaqla gələcək nəsil elektrikli nəqliyyat vasitələri üçün şarj etmək imkanı, eyni zamanda minimum 2 nəqliyyat vasitəsinin doldurulması imkanı olmalıdır.
Həmçinin çıxış gərginlik diapozonu 200-1000V, maksimal çıxış cərəyanı 800A, maksimum çıxış gücü 120 KW, gərginlik dəqiqliyi ± 0,5 %, cari dəqiqlik ± 1% olmalıdır.
Stansiyalarda beynəlxalq mühitdə 6 ən geniş yayılmış elektrikli avtomobil modellərinə xidmət uyğunluğu təşkil edilməlidir.
Qeyd edək ki, Dövlət Xidməti sözügedən stansiyaların quraşdırılmasına 539 998 manat vəsaitin sərf olunacağını ehtimal edir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












