"Netflix" şirkəti "TikTok"a bənzəyən qısa video funksiyasını təqdim etdi

Yayım platforması "Netflix", "TikTok" kliplərinə bənzər qısa videolara baxmağa imkan verən və uşaqlar üçün uyğun olan "Kids Clips" (Uşaq Klipləri) funksiyasını təqdim edir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg xəbər agentliyi məlumat yayıb.
Funksiya axın xidmətinin xüsusi uşaq kitabxanasından qısa videolara baxmağa imkan verəcək. Hər gün yeni kliplərin əlavə olunması planlaşdırılır. Agentliyin məlumatına görə, bu yolla "Netflix", "YouTube" və "TikTok"a üstünlük verən gənc istifadəçilərin diqqətini cəlb etməyə çalışır.
Yeni funksiya "Netflix" proqramında bu ilin əvvəlində təqdim edilmiş "Fast Laughs" (Sürətli Gülüşlər) seçiminə əsaslanır ki, bu da sizə filmlərdən, seriallardan və komediya aktyorlarından qısa kliplərə baxmağa imkan verir.
Yeni video lenti "Fast Laughs" lentinə bənzəyəcək, lakin o, videoları şaquli və tam ekranda deyil, üfüqi şəkildə göstərəcək. Eyni zamanda, uşaqlar eyni vaxtda 20-dən çox olmayan klipə baxa biləcəklər.
Tərtibatçılar platformanın ən populyar videolarının reytinqini tərtib edəcələr ki, bu da istifadəçilərə onlar üçün maraqlı olan materialı tapmağa kömək edəcək.
"Kids Clips" bu həftə Netflix iOS proqramında əlçatan olacaq. Hələlik ondan yalnız ingilis və ispan dilli ölkələrin istifadəçiləri istifadə edə biləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











