Notbuk seçərkən ən çox buraxılan səhvlər

Bəzən notbuk alıcıları qurğuların markalarına aldanaraq dəyərindən artıq pul ödəyirlər.
Bu barədə Rusiyada “Tet” kibertəhlükəsizlik biznesinin rəhbəri Artur Filatov xəbərdarlıq edib.
“Yaxşı tanıdılmış brendin notbukunun dəyərinə az tanınan, lakin daha güclü və dayanıqlı bir cihaz almaq mümkündür”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, təkcə brendin adına diqqət yetirən istehlakçı kompüterin dəyərindən 50 faiz çox pul ödəmək riski daşıyır.
Filatov əsas səhvlərdən birinin isə aşağı qiymət kateqoriyasından, lakin ən yaxşı markadan notbuk almaq istəyini göstərib.
“Əlbəttə ki, bu, adı olmayan şirkətdən cihaz almağa dəyər demək deyil”, - deyə mütəxəssis əlavə edib.
Filatov eyni zamanda hesab edir ki, hədəfi notbukun imkanları ilə müqayisə etmək lazımdır.
“Elə olur ki, dizaynerin kompyuterinin “Photoshop”da işləməyə gücü çatmır, ya da əksinə yolda film izləmək üçün, yaxud yalnız mətn redaktoruna ehtiyacı olan birinin həddindən artıq məhsuldar cihazı olur”, - deyə o bildirib.
Ekspert alınacaq müəyyən bir model üçün sosial şəbəkədən istifadəçi rəylərini oxumağı məsləhət görüb.
Mütəxəssis onu da vurğulayıb ki, bəzən qənaət yaxın gələcəkdə əlavə xərclərə səbəb olur. Çox ucuz notbuk vaxtından əvvəl sıradan çıxa bilər, nəticədə onu təmir etmək və ya dəyişdirmək üçün əlavə vəsait tələb olunar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











