Noutbuklar üçün sərt disklər bahalaşacaq

"TrendForce" şirkəti 2021-ci ilin ikinci rübündə mobil kompüterlərə tələbatın istehlakçıların distant təhsil və məsafəli işə keçməsinin davam etməsi səbəbindən yüksək olaraq qalacağını proqnozlaşdırır. Noutbuklara yüksək tələbata cavab olaraq fərdi kompüter istehsalçıları komponent hissələri, o cümlədən bərkcisimli toplayıcıların (SSD) aktiv şəkildə ehtiyatını edirlər. Bununla yanaşı, sərt disklərin tədarükü azalır. Çünki əvvəllər qeyd edilən "NAND" kontrollerlərinin çatışmazlığı Texasda elektrik enerjisinin kəsilməsinin nəticələri ilə daha da dərinləşir. Nəticədə "SSD" istehsalçıları məhsulun qiymətini bahalaşdırmağa hazırlaşırlar.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, qeyd olunan faktları nəzərə alan "TrendForce" ikinci rüb üçün müştəri seqmentli bərkcisimli toplayıcılar üçün əvvəllər dərc olunmuş qiymət proqnozunu yenidən nəzərdən keçirməli olub. Əgər əvvəllər analitiklər qiymətlərin cüzi dəyişəcəyini gözləyirdilərsə, yeni proqnozda qiymətlərin əvvəlki rüblə müqayisədə 3-8 faiz bahalaşacağı bildirilir.
Bildirilir ki, "Samsung" şirkətinin Texas ştatının Ostin şəhərindəki zavodu ötən ay bütün ştatı bürüyən əlverişsiz hava şəraiti ilə əlaqədar ziyan çəkib. Elektrik enerjisi çatışmazlığından müəssisə fəaliyyətini dayandırmalı olub. İş əsasən fevralın ortasından martın əvvəlinədək dayandırılıb. Hazırda zavod normal fəaliyyətinə qayıdır, lakin istehsal gücündən istifadə əmsalının martın sonundan tez 90 faiz səviyyəsinə qayıtmayacağı gözlənilir. İşin dayandırılması mikrosxemlərin istehsalına böyük təsir göstərib. Müəssisənin istehsal gücünün təxminən 10 faizi "Samsung" markalı sərt disklər üçün kontroller mikrosxemlərinin buraxılışı ilə məşğuldur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











