Nüvə silahına malik olmayan dövlətlər nüvə başlıqlarını ləğv etməyə çağırıb

Nüvə Tərksilahı üzrə Stokholm Təşəbbüsünə daxil olan ölkələr dünya dövlətlərini nüvə silahlarının ləğvi üçün konkret addımlar atmağa çağırıb.
Avtosfer.az “The Canberra Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə bəyanat Madriddə təşəbbüs çərçivəsində keçirilən nazirlərin dördüncü iclasında verilib.
On altı nüvəsiz ölkə nüvə silahlarının yayılmaması haqqında müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmək üçün doqquz nüvə dövlətini əməli tədbirlərlə tərksilah prosesini təşviq etməyə çağırıb.
Almaniyanın xarici işlər naziri Qayko Maas ABŞ və Rusiya prezidentlərinin iyun ayında baş tutan görüşü kontekstində konkret tədbirlər təklif etmək üçün əlverişli məqamın yetişdiyini deyib.
Qeyd edək ki, Stokholm Təşəbbüsü nüvə silahına sahib olmayan 16 ölkəni birləşdirir. Qrupa Almaniyadan əlavə Argentina, Kanada, Efiopiya, Finlandiya, İndoneziya, Yaponiya, İordaniya, Qazaxıstan, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç və İsveçrə daxildir.
Nüvə silahına malik olan doqquz dövlətə isə ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya aiddir. 2021-ci ilin əvvəlində onlar 13 min 80 ədəd nüvə başlığına malik idi.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











