Ohayo ştatında aerotaksi istehsal edən zavod tikiləcək

Bir zamanlar Rayt qardaşlarının uçuş aparatlar işləyib hazırladıqları Ohayo çayı vadisində tezliklə ən yeni şaquli uçuş və eniş funksiyalı elektrik uçuş aparatları istehsal olunacaq.
Avtosfer.az-ın məlumatına görə, ştat ilə “Joby Aviation” kaliforniyalı şirkət arasındakı sazişdə 2025-ci ilə qədər Deyton beynəlxalq hava limanı bölgəsində 56 hektarlıq ərazidə aerotaksi istehsalının təşkili nəzərdə tutulub.
Futuristik şaquli qalxma və eniş funksiyalı elektrik uçuş aparatları (eVTOL) izdihamlı şəhərlərdə birgə səyahətlər üçün alternativ vasitə qismində dünya bazarlarına yol tapır.
Ohayo ştatındakı “Joby Aviation” zavodunda ildə 500 qədər səssiz uçuş aparatı istehsal olunacaq, bu da 2 minə qədər iş yeri yaratmağa imkan verəcək.
Ohayo ştatı, ştatın iqtisadi inkişafı üzrə “JobsOhio” korporasiyası və yerli investorlar layihənin dəstəklənməsinə təqribən 325 milyon dollar ayırıblar.
Trend
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










