Pandemiya mobil internetin inkişafına da təsir edib

Macarıstandakı Peç Universitetinin sosioloqları və iqtisadçıları tərəfindən aparılan tədqiqatda ekspertlər belə bir nəticəyə gəliblər ki, pandemiya mobil internetdən istifadə edən avropalıların sayının artmasına səbəb olub.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, pandemiyadan əvvəl bütün Aİ ərazisində internetin bu növündən istifadə edənlərin sayı 63 faizə bərabər idisə, bu gün artıq onların sayı 73 faizə çatıb.
Reprezentativ sorğuda bütün Aİ ölkələrindən 5 min ailə iştirak edib. Evdə həm mobil, həm də stasionar internetə çıxışı olan insanların sayı getdikcə daha da artır. Bir çoxları bunun səbəbini insanları evdən işləməyə məcbur edən pandemiyada görürlər.
Qeyd edək ki, paralel olaraq bu, həm də kabel internetinin yükünü artırır. Rəyi soruşulanların təxminən 9 faizi bildirib ki, onlar internetə öz mobil telefonlarından daxil olurlar. Bununla yanaşı istifadəçilərin demək olar ki, 20 faizi internetə yalnız öz şəxsi kabelləri vasitəsi ilə birləşirlər.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












