Pentaqon UNO-ların dünyanın ən çox harada görüldüyünü açıqlayıb

ABŞ Müdafiə Nazirliyi yanında hər növ anomaliyaların tədqiqi üzrə departamenti (AARO) 1996-cı ildən 2023-cü ilə qədər uçan naməlum obyektlərin (UNO) ən çox müşahidə edildiyi yerlərin qeyd edildiyi dünya xəritəsini dərc edib. Sənəd idarənin rəsmi saytında yerləşdirilib.
Xəritəyə əsasən, son 27 ildə UNO müşahidələrinə daha çox ABŞ-nin şərq və qərb sahillərində, Yaponiyanın Xirosima və Naqasaki şəhərləri yaxınlığında, eləcə də Yaxın Şərqin Bağdad, Doha və Dubay kimi böyük şəhərlərində rast gəlinib.
AARO göstərilən müddət ərzində UNO müşahidələrinin dəqiq sayını qeyd etməyib.
Departamentin qısa hesabatında şahidlərin ifadələrinə əsasən tərtib edilmiş naməlum uçan obyektlərin əsas xüsusiyyətləri də verilir. Sənədə əsasən, insanlar ən çox səmada diametri bir metrdən 4 metrə qədər olan 3 km-dən 10 km-ə qədər hündürlükdə yerləşən ağ və ya gümüşü rəngli dairəvi və ya sferik cisimləri müşahidə ediblər.
Daha əvvəl Pentaqon UNO-lar haqqında məxfi məlumatların və videoların yer aldığı internet saytının istifadəyə verildiyini elan edib.
profil.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











