Pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTO

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq. Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasiyasına məxsus “Eve Air” Mobility startapı tərəfindən hazırlanmış 40-50 pilotsuz uçan aparatı idarə edəcək.
Pilotsuz uçan taksi xidməti Yaponiyada çarter helikopter uçuşlarının ən böyük operatoru olan “AirX” tərəfindən təşkil edilir.
“AirX” hava taksisi şaquli qalxma və eniş funksiyasına malik dörd nəfərlik “Eve Air” dronları ilə hazırlanır. Onlar enerji doldurmadan 185 km/saat sürətə çata və 100 km məsafə qət edə biləcəklər.
Tokio ərazisində artıq sınaqlara başlanılıb və taksi xidməti üçün proqram təminatının hazırlanması davam edir.
“Eve Air” pilotsuz təyyarələri sərnişinlərin daşınması üçün istifadə olunacaq. Onların şaquli uçuş və eniş üçün səkkiz, irəli sürmə üçün isə bir qanadı var.
Akkumulyatorun doldurulması 100 km-ə qədər məsafə qət etmək üçün kifayətdir.
Yaponiya “Eve Air”in uçan taksilərini təqdim edən ilk ölkə olacaq. Gələcəkdə “Embraer” Avstraliya, Hindistan, Cənubi Koreya və Kambocada analoji xidmətləri işə salmağı planlaşdırır.
Yeri gəlmişkən, “Hyundai” konserni də uçan taksi layihəsi üzərində işləyir. Artıq bir neçə prototip nümayiş etdirilib. Təyyarənin istehsalına 2028-ci ildə başlanacaq.


Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











