“PlayStation 5 Slim”in buraxılış tarixi açıqlanıb

"PlayStation 5" oyun qurğusunun yeni versiyası 2023-cü ildə buraxılacaq. Bu barədə Çinin "MyDrivers" nəşrinin məlumatında deyilir.
Şirkətin planlarından məlumatlı olan blogerin sözlərinə görə, "Sony" gələcəkdə yeni nəsil konsolun sadələşdirilmiş versiyasını buraxmaq niyyətindədir. "PlayStation 5 Slim" adlanacaq qurğu orijinalla müqayisədə daha kiçik qabaritləri, azaldılmış məhsuldarlığı və ucuzluğu ilə fərqlənəcək.
Məlumata görə, "PS5 Slim" konsolunun istehsalına 2023-cü ildə başlanılacaq. O vaxtadək korporasiya oyun qurğusu üçün 5 nanometrlik texnoloji proses əsasında hazırlanan və "TSMC" şirkəti tərəfindən tədarük ediləcək çip yaratmağı planlaşdırır. Şayiələrə görə, "Sony" və Tayvanın yarımkeçirici məhsullar istehsalçısı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bununla yanaşı, konsolun buraxılış müddəti dəyişə bilər.
Mənbələr qeyd edib ki, yeni qurğunun əsas xüsusiyyətlərindən biri kiçildilmiş qabaritlər olacaq. Bu, əksər "PlayStation 5" sahiblərinin qurğunun qabaritlərinin böyük olması, bu səbəbdən onu mənzildə yerləşdirərkən problemlərin yaranmasından şikayətlənməsi ilə izah olunur.
"Sony" şirkəti əvvəllər də qabaqcıl oyun qurğularının müxtəlif versiyalarını buraxıb. Məsələn, 2016-cı ildə – "PS4" buraxıldıqdan 3 il sonra şirkət "PlayStation 4 Slim" və "4 Pro" qurğularını təqdim edib. 2009-cu ildə isə korporasiya "PS3" konsolunun buraxılışından üç il sonra "PlayStation 3 Slim" qurğusunu nümayiş etdirib./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











