Polestar 6 LA Concept rodsterinin bütün tirajı bir həftə ərzində satılıb

Polestar şirkəti 6 indeksli elektrik rodsterinin bütün tirajını satıb. Şirkətin mətbuat xidməti Polestar 6 LA Concept “salamlama” versiyasının 500 nüsxədən ibarət olan bütün tirajının bir həftə ərizndə satıldığını bildirib. Xatırladaq ki, xüsusi seriyadan olan rodsterlər mavi Sky rənginə boyanacaq, 21-düymlük disklərinə və ekoloji cəhətdən təmiz materiallar ilə tərtib edilmiş interyerə sahib olacaqlar. Belə rodsteri sifariş etmək üçün 25 min dollar beh vermək tələb olunurdu.
Polestar şirkəti satışların başlanılmasından öncə, müxtəlif yollarla hədəf kütləsini maraqlandırmağa çalışıb. Bu ilin mart ayında Çin-İsveç markası dronu olan O₂ konseptini nümayiş etdirib.
Şirkətin mətbuat xidməti - “damı endirib mühərrikin səsini eşitməmək insana xüsusi hiss bəxş edir”, - deyə alıcılara müraciət edib. Sonra isə, rodsteri Amerikada keçirilən iki sərgidə - The Quali və Pebble Beach Concoure d’Elegance tədbirlərində ictimayyətə canlı şəkildə nümayiş etdiriblər.
Nəticə isə, məlumdur. Polestar 6 LA Concept “salamlama” seriyasından olan 500 ədəd rodster bir həftə ərizndə tamamilə satılıb. Belə yüksək tələbata cavab olaraq, Polestar şirkəti bu ilin sonuna qədər Polestar 6 rodsterinin “adi” versiyalarına sifarişləri açmağı vəd edib. Lakin adi versiyaların istehsalına ilk 500 rodsterin müştərilərə çatdırılmasından sonra başlanacaqdır.
“Belə yüksək tələbat, Polestar 6 kimi heyranedici rodsterin idman avtomobilləri seqmenti üçün vacib olduğunu göstərir. Açıq kuzov və elektrik mühərriklərinin birləşməsi yanacaqlı avtomobillərin aşıqlərinə belə xoş gələcəkdir”, - deyə, Polestar şirkətinin rəhbəri Tomas İngelat bildirib.
Polestar 6 modelinin qiyməti açıqlanmayıb, lakin onun ucuz olmayacağı aydındır. Markanın nümayəndələri əvvəllər təxmini qiymətin 200 min dollar ətrafında olacağını bildirmişdilər.
Rodster alüminim platformasında inşa edilib və 884 at qüvvəsi (900 Nm) hasil edən ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. Polestar 6 modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayır, onun maksimal sürəti isə, elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. 800 voltluq batareyanın tutumu və avtomobilin yürüş ehtiyatı hələlik açıqlanmayıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











