PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlının “Çəkili maşın öyrənməsinə əsaslanan süni intellektdən istifadə edərək PUA şəbəkələrində xidmətdən imtina hücumlarının aşkarlanması” (UAV networks DoS attacks detection using artificial intelligence based on weighted machine learning) adlı məqaləsi “Elsevier” nəşriyyatında çap olunan “Results in Control and Optimization” jurnalında dərc olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərtac”a institutdan məlumat verilib.
Məqalədə qeyd olunur ki, son zamanlar pilotsuz uçuş aparatlarını (PUA) müxtəlif növ kiberhücumlar hədəf alır. Bu kiberhücumlardan biri də PUA-ların şəbəkəsinə edilən xidmətdən imtinadır. Xidmətdən imtina kiberhücumlarının vaxtında aşkarlanmaması isə PUA-lar ilə olan əlaqənin itməsinə və onların qəzaya uğramasına səbəb ola bilər.
Təqdim edilən məqalədə PUA-ları hədəf alan müxtəlif növ xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün yeni yanaşma təklif olunub. PUA-ların bir çox sistemlə müqayisədə resurslarının (prosessorun sürəti, əməli yaddaşın həcmi və s.) məhdud olduğunu nəzərə alaraq, yeni yanaşmada modelin mürəkkəbliyinin minimuma endirilməsinə xüsusilə diqqət yetirilib. Məsələn, modelin mürəkkəbliyinin azaldılması üçün cəmi 5 xüsusiyyətin istifadə edilməsinə baxmayaraq, modelin aşkarlama dəqiqliyi olduqca yüksək (99.51 faiz) olub.
Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Scopus” və “Web of Science” bazalarında indeksləşir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











