Qazaxıstan azərbaycanlı qadın pilotun adına PUA istehsal edib - FOTO

"Kazaxstan İnjinirinq" şirkəti Bakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində ən yeni müdafiə sənayesi məhsullarını təqdim edib.
Trend-in məlumatına görə, təqdim olunan qurğular sırasında "Leyla" adlı pilotsuz uçuş aparatı olub. Bu aparat aqrar və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış və xilasetmə işlərində istifadə oluna bilər.
PUA-ya "Leyla" adı Azərbaycanın və Qafqazın ilk qadın pilotu Leyla Məmmədbəyovanın şərəfinə verilib. O, Böyük Vətən müharibəsi illərində dörd mindən çox pilot və desantçıya təlim keçib.
PUA-nın uçuş sürəti 160 kilometr/saat, maksimal hündürlüyü 3,5 kilometr, uçuş müddəti 5 saat, fəaliyyət radiusu 80-100 kilometr təşkil edir. PUA 20 kiloqramadək yük qaldıra bilər.

Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












