Qırğızıstan Rusiyadan PUA və helikopterlər alır

Qırğızıstan Rusiyadan Orlan-10E PUA-ları və Mi-17B-5 tipli helikopter alacaq.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Qamçibek Taşiyev Rusiyanın hərbi ixracat şirkəti “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevlə görüşüb.
Görüş zamanı iki ölkə arasında hərbi texnika sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.
Nəticədə, Qırğızıstan Sərhəd Xidmətinin istifadəsi üçün Orlan-10E PUA-ların alınmasına dair müqavilə imzalanıb.
Tərəflər “Rosoboroneksport”dan Mi-8 MTB tipli helikopterlərin və onların ehtiyat hissələrinin tədarükü ilə bağlı da razılığa gəliblər.
Qeyd edək ki, Qamçibek Taşiyev Türkiyədən "Bayraqdar" PUA-ları alacaqları barədə də açıqlama vermişdi.///axar.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












