Quru əməliyyatlar üçün casus peyklərdən ibarət şəbəkə qurulur

“SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə məxfi müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. APA-nın xəbərinə görə, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanında ABŞ Milli Aerokosmik Kəşfiyyat İdarəsi ilə şirkət arasında 2021-ci ildə 1,8 milyard dollar dəyərində müqavilə imzalanıb. Casus peyk şəbəkəsinin yaradılması sahəsində görülən işlərə “SpaceX” şirkətinin “Starshield” bölməsi cavabdehdir. Bu, ABŞ Müdafiə Nazirliyinin quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir. Əgər bu casus peyk şəbəkəsinin yaradılması uğurla yekunlaşarsa, bu, ABŞ Silahlı Qüvvələrinin dünyanın hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











