“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib

"Realme" şirkəti orta səviyyəli "Narzo 30 Pro 5G" smartfonunu nümayiş etdirib.
Qurğu 120 giqahers olmaqla yüksək yeniləmə tezliyinə malik 6,5 düym diaqonallı ekranla təchiz edilib. 2400 × 1080 pikselli "Full HD " formatlı matrisa tətbiq edilib. Ekran ön səthin 90,5 faizini əhatə edir. Panelin sağ yuxarı küncündə kiçik kəsikdə 16 meqapikselli ön kamera yerləşir.
Əsas kamera üç obyektivdən ibarətdir. Bu, maksimal f/1,8 diafraqmalı 48 meqapikselli blok, ultraenlibucaqlı optikalı (119 dərəcə; f/2,3) 8 meqapikselli modul, eləcə də 2 meqapikselli makromoduldur.
2,4 takt tezlikli səkkiznüvəli, "ARM Mali-G57 MC3" qrafik bloklu və "5G" modemli "MediaTek Dimensity 800U" prosessorundan istifadə edilib. Qurğu enerjini 30 vatlıq "Dart Charge" sürətli enerjidoldurma dəstəyinə malik 5 min milliamper/saat tutumlu güclü akkumulyatordan alır.
Smartfon yan daktiloskopik skaner, "Wi-Fi 802.11ac" (2,4/5 giqahers) və "Bluetooth 5" adapterləri, "Dolby Atmos" audiosistemi, qulaqcıq üçün 3,5 millimetrlik çıxış və "USB Type-C" portu ilə təchiz edilib. Qabaritlər 162,2 × 75,1 × 9,1 mm, çəki 194 qram təşkil edir.
Smartfona "Realme UI" proqram təminatlı "Android 10" əməliyyat sistemi quraşdırılıb. "Realme Narzo 30 Pro 5G" modeli 6 və 8 giqabaytlıq operativ yaddaş, 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyalarda buraxılıb. Qiymət müvafiq olaraq 235 və 275 dollara bərabərdir./ictnews
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











