Rusiya şirkəti yeni PUA-ların pilot istehsalına başlayıb

“Almaz-Antey” konserni çoxprofilli pilotsuz uçuş aparatının (PUA) pilot istehsalına başlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, artıq Ümumrusiya Elmi-Tədqiqat Radio Aparatları İnstitutu tərəfindən yeni PUA-nın hazırlanması işləri başa çatdırılmaq üzrədir. PUA-nın konsernin müəssisələrində istehsal olunması planlaşdırılır.
Hazırda bir neçə növ PUA pilot layihə kimi istehsal olunur və sınaq partiyanın buraxılmasına hazırlıq işləri gedir.
Yeni dronlar həm əvvəlcədən müəyyən edilmiş marşrut üzrə, həm də operatorun birbaşa nəzarəti altında hərəkət edə biləcək. Tapşırığı proqram halında yüklədikdən sonra aparatı smartfon, planşet və ya noutbuk idarə etmək mümkün olacaq.
Pilotsuz təyyarənin qapalı idarəetmə və videoötürmə kanalı ilə təmin edilməsi və onun əşyaların identifikasiyası vasitələri ilə təchiz edilməsi planlaşdırılır.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












