Rusiya yerli planşet buraxacaq - ÇİPİ DƏ ÖZÜNDƏN

Rusiya yerli mikroprosessor əsasında planşet və digər ağıllı qadcetlərin istehsalını planlaşdırır.
Ötən həftəsonu “Elektron hesablama-informasya sistemləri” elmi-istehsalat mərkəzi (НПЦ Эльвис) “Skif” adlı yerli çipin təqdimatını keçirib.
Öz göstəricilərinə görə iPhone 6 və iPad Air çipləri ilə müqayisə olunan və planşetlərdə, smartfonlarda, “ağıllı” kameralarda, robotexnologiya komplekslərində istifadə oluna bilən “Skif”ə bəzi istehsalçılar artıq maraq göstərməyə başlayıb. ICL şirkəti gələn ilin ortalarından yerli çip əsasında ilk planşet nümunələrinin istehsalını planlaşdırır. Tələbata uyğun olaraq, şirkət illik həcmi 300 min ədədə qədər çatdıra bilər.
Digər bir şirkət - “БайтЭрг” isə 2023-cü ilin sonundan illik 700 min ədəd istehsal gücü ilə yerli mikroprosessorlu planşet buraxmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, iPad Air-in ilk modeli 2013-cü ildə, iPhone 6 isə 2014-cü ildə satışa buraxılıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










