Rusiyada hərbçilər üçün smartfonlar yaradılacaq

Rusiya Müdafiə Nazirliyi hərbi qulluqçular və onların ailə üzvləri üçün yerli istehsal olan smartfonlar və xüsusi mobil proqramlar yaradacaq. Bu barədə nazirliyin informasiya sistemləri departamentinin rəis müavini general-mayor Aleksandr Osadçuk bildirib.
Onun sözlərinə görə, qurğular müxtəlif rejimlərdə, o cümlədən təhlükəsiz rabitəni təmin etməyə imkan verən rejimlərdə işləyəcək.
Hərbçilər üçün telefon modeli elm mərkəzi olan “Era” hərbi innovativ texnopolisi əsasında hazırlanacaq. Burada, həmçinin hərbçilərin gündəlik fəaliyyəti üçün rəqəmsal ekosistemin yaradılması üzrə işlər həyata keçirilir.
2020-ci ilin mayında Rusiya hərbi qulluqçularına sosial şəbəkələr və KİV-də öz xidmətləri barədə məlumatlar paylaşmaq qadağan edilib. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə dəyişikliklər edilib. Sənədə görə, hərbi qulluqçulara Rusiya Federasiyası Silahlı Qüvvələrinə, digər qoşunlara, hərbi birləşmələrə və orqanlara mənsubiyyəti və ya təyinatı müəyyənləşdirməyə imkan verən informasiyanı yaymaq qadağan olunub. Həmçinin xidmətdən tərxis edilmiş digər hərbi qulluqçular və vətəndaşlar, onların ailə üzvləri və ya valideynləri haqqında məlumatların, o cümlədən müəyyən müddətdə bu şəxslərin yerini müəyyənləşdirməyə imkan verən məlumatların dərc edilməsi qadağandır./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











