Rusiyada “WhatsApp” qadağan oluna bilər

“Facebook” və “Instagram” sosial şəbəkələrinin bağlanmasından sonra məhkəmə qərarı ilə Rusiyada ekstremist təşkilat kimi tanınan ABŞ-ın “Meta” korporasiyasına məxsus “WhatsApp” messencerinin də qadağan edilməsi məqsədəuyğundur.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya İctimai Palatasının internet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.
O, qeyd edib ki, bu messencer çoxlu sayda yalan məlumatlar yayır.
“Biz palatada “WhatsApp”-ın bu tənzimləmədən kənar qalmasındaa məntiq görmürük, onun da bloklanması lazımdır. İnsanlar internet istifadəçilərinin hüquqlarının müdafiəsi üçün qaynar xəttə zəng edir və bunun niyə belə olduğunu soruşurlar. “Meta” ekstremistdir və “WhatsApp” da onların məhsuludur”, - deyə Malkeviç vurğulayıb.
olke.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












