“Samsung Galaxy Note” seriyalı qurğuların istehsalı davam etdiriləcək

"Samsung" şirkəti "Galaxy Note" seriyalı yeni qurğuların buraxılışını dayandırmaq niyyətində deyil. Bunu Cənubi Koreyanın "Yonhap News" informasiya agentliyinə seriyanın növbəti ildə yeni modellərlə yenilənəcəyini təsdiq edən şirkətdəki mənbə bildirib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, son vaxtlar "Samsung" şirkətinin "Galaxy Note" seriyalı yeni smartfonların buraxılışından imtina edərək diqqəti elastik ekranlı yeni "Galaxy Z" modellərinin və "Galaxy S" seriyalı qurğuların yaradılmasına yönəldəcəyi barədə çoxlu şayiələr yayılıb. Hazırda isə ən azı 2021-ci ildə satışa yeni "Galaxy Note" qurğularının çıxarılacağı məlum olub.
Bu həftə "Samsung" şirkətinin mobil bölməsinin rəhbəri Ro The Mun növbəti il üçün planları açıqlayaraq "S-Pen" rəqəmli qələm dəstəyinin "Galaxy Note" qurğuları üçün eksklüziv olmayacağını və digər məhsullara quraşdırılacağını bildirib. Ekspertlərin fikrincə, "S-Pen" dəstəyi ilk növbədə 2021-ci ilin yanvarında işıq üzü görəcək yeni qabaqcıl "Galaxy S21" qurğusunda tətbiq ediləcək.
Xatırladaq ki, "Galaxy Note" seriyalı ilk qurğular 2011-ci ildə təqdim edilib. "Samsung" şirkəti "Note" qurğularının yeni modellərini adətən ilin ikinci yarısında nümayiş etdirir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











