“Samsung Galaxy S20” smartfon seriyası satışdan çıxarılır

"Samsung Electronics" şirkəti ötən həftə qabaqcıl "Galaxy S21" seriyasını təqdim etdikdən və ilkin sifarişlərin qəbuluna başladıqdan sonra ötənilki "Galaxy S20" seriyasını satışdan çıxarmağa başlayıb.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "Samsung" şirkəti "Galaxy S20" seriyasını əksər regionlarda satışdan çıxarmaq qərarına gəlib. Bir sıra regional rəsmi "Samsung" saytlarında smartfonların mövcudluğu göstərilmir və yeni tədarüklərin gözlənilmədiyi bildirilir.
Məsələn, "Galaxy S20" şirkətin ABŞ və Böyük Britaniya üçün saytlarında mövcud deyil. Bundan əlavə, Britaniyanın populyar "Best Buy" və "Mobiles.co.uk" pərakəndə satış mağazaları bütün "Galaxy S20" seriyasının satışdan çıxarıldığını bildirib.
Hazırda "Samsung" şirkəti "Galaxy S21", "Galaxy S21 " və "Galaxy S21 Ultra" smartfonları üçün ilkin sifarişlərin qəbulunu aparır. Açıq satışlara yanvarın 29-da birinci regionlarda, o cümlədən ABŞ-da başlamaq nəzərdə tutulur.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










