“Samsung” şirkəti iki yeni smartfonunu təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A52” və “A72” smartfonlarını təqdim edib.
Orta qiymət diapazonuna malik “Galaxy A52” cihazı təsviri 90 hers tezliklə yeniləyə bilən 6,5 düym diaqonallı AMOLED displeylə təchiz edilib. Barmaq izləri skaneri displeyə quraşdırılıb. 2,3 QHs takt tezliyində işləyən “Snapdragon 720G” prosessoru cihazın məhsuldarlığını təmin edir. “A52” qurğusunun qlobal versiyası beşinci nəsil mobil şəbəkələrini dəstəkləyir. Cihaz “Wi-Fi ac”, “Bluetooth 5.0”, “GPS” modulları, “NFC” çipi, audiokonnektor və “USB-C” portuna malikdir.
Smartfon “IP67” standartını dəstəkləyir, yəni suya dayanıqlıdır. Akkumulyatorun həcmi 4500 milliamper/saatadək artırılıb, sürətli enerjidoldurma qurğusunun gücü isə indi 25 Vatt təşkil edir. Əsas 64 meqapiksellik (mp) sensor optik sabitləşmə texnologiyası əldə edib. Bundan başqa, 8 mp-lik genişbucaqlı sensor, 5 mp-lik makrosensor və 5 mp-lik dərinlik sensoru var.
“Galaxy A72” modeli 6,7 düym diaqonallı displeylə təchiz edilib. Displeyin xüsusiyyətləri əvvəlki modeldə olduğu kimidir. Smartfon “Qualcomm” şirkətinin analoji aparat platformasına malikdir. Əsas fərq kamera bloku ilə bağlıdır: 64 mp-lik əsas sensor, 12 mp-lik genişbucaqlı və üçqat optik zumla şəkillər çəkə bilən 8 mp-lik telefoto sensor quraşdırılıb. Smartfona quraşdırılmış akkumulyatorun həcmi 5000 milliamper/saatdır.
Hər iki smartfon “OneUI 3.1” interfeysinə malik “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Martın 17-dən sözügedən cihazlar satışa çıxarılıb./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











